XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 15:18

İsveçdə Milad bayramı atributunu yenə yandırdılar –Polis 30 ildir səbəbkarı tuta bilmir

milad

İsveçin Yevle şəhərində samandan hazırlanmış Yevleboken keçisi noyabrın 27-də 50 illiyini qeyd edib. Amma bütün dünyada məşhur olan bu atribut bir neçə saat sonra növbəti dəfə yandırılıb.

Bu barədə məlumat yayan yerli KİV-lər xatırladırlar ki, hündürlüyü 13 metr, uzunluğu yeddi metr və ağırlığı üç ton olan keçinin yandırılması da bir növ ənənəyə çevrilib. Keçinin əlli illiyi şəhər rəhbərliyi tərəfindən atəşfəşanlıq və konsertlə qeyd olunub. Lakin bu, bədəməllərə mane olmayıb.

Saman keçi isveçlilərin evlərində səciyyəvi Milad bəzəyi aksesuarıdır, lakin Yevledəki Milad keçisi hər il şəhər meydanında noyabrın sonunda quraşdırıldığı üçün qeyri-adidir.

Statistikaya görə, Yevleboken bütövlükdə 30 dəfədən çox yandırılıb və ya ona müxtəlif ziyanlar vurulub. Şəhərin atributu yalnız bəzi hallarda Milad bayramına qədər mövcud ola bilib. Asayiş keşikçiləri qəsdli yanğının qarşısını almağa çalışırlar. Məsələn, son illərdə bayram atributunun yanında müşahidə kamerası quraşdırılıb, lakin bir çox hallarda bu, heç bir nəticə vermir.