XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 18:29

“Faynənşl Tayms” qəzeti:"Hərəkatın lideri İştvan Dorkoş oktyabrın sonunda nəzarət altına götürülüb"

neo

Rusiya diplomatları və hərbçiləri Macarıstandakı neonasist Milli Cəbhə Hərəkatının üzvlərinə konsultasiya verib və təlim keçiblər.

Bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti Macarıstan xüsusi xidmət orqanlarındakı etibarlı mənbəsinə istinadən yayıb. Qəzet Budapeştin bu qrupların Rusiya ilə əlaqədə olduğunu bir neçə il öncə bildiyini, amma Moskva ilə sıx siyasi əlaqələr ucbatından Macarıstan hakimiyyətinin buna reaksiya vermədiyini bildirib:

“Neonasist hərəkatı həmçinin Rusiyadan maliyyələşdirilib. Artıq hərəkatın lideri İştvan Dorkoş oktyabrın sonunda nəzarət altına götürülüb. Buna səbəb Dorkoşun polislərə atəş açması olub. Bundan sonra hərəkatın 9 məkanında axtarışlar aparılıb və haradan gətirildiyi müəyyən edilməyən müasir silahlar aşkarlanıb”.  (Axar.az)