XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 12:42

Əli Həsənov evi yanan köçkünlərlə görüşdü:"Sizə yeni bina tikiləcək"

eli-hesenov-nazir-muavini

"Yanğın olan yarımtikilinin yerində yeni bina inşa ediləcək, ailələr isə həmin müddətdə kirayə köçürələcəklər".

Bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla tanış olan zaman deyib.

Binanın sakinləri ilə görüşən Ə. Həsənov onlara bildirib ki, həmin binanı alan şəxslə danışıqlar aparılacaq: “Yarımtikilinin yerində yeni bina tikilib, 21 ailə yenidən köçürüləcək. Həmin müddətdə burada yaşayan ailələr kirayə mənzillərlə təmin olunacaqlar. Bu məsələ diqqətimizdədir. ".

Sakinlər isə ümidlərini yeni tikiləcək binaya bağladıqlarını qeyd ediblər : "İndi ümidimiz onadır. Gecə baş verən yanğında 3 ev tamam kül olub. Bir çöp də çıxara bilmədik…”.

Qafqazinfo