XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2016 - 13:03

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava2

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə  4-7, gündüz  9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış yağacağı, sulu qara keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə  2° şaxtadan 3°-dək isti, gündüz  6-11° isti olacağı gözlənilir.