XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2016 - 13:29

Zakir Həsənov Moskvaya getdi –Sergey Şoyqu ilə görüş olacaq

zakir-h-1

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiyaya yola düşüb.

Strateq.az Müdafiə Nazirliyinə istiinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə nazirinin rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bundan əlavə, Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də gözlənilir.