XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 17:43

Dollarla kredit alanlar milli valyuta ilə borcu qaytaracaq –Gürcüstanda

gurcustan

Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar.