XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 18:52

NATO və ABŞ ekspertləri Bakıya gəlib –Nazirlikdən açıqlama

mudafi%c9%99-nazirliyi

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüş Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb.