XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2016 - 19:08

Üç rayonda qaz olmayacaq –SOCAR səbəbini açıqladı

qaz-2

Noyabrın 30-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə Strateq.az-a  SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təmir müddətində Bakının Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.