XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2016 - 20:01

İran Rusiyaya hərbi bazasını verir:"Gəlin, buradan vurun!"

qirici-teyyereler

"Rusiya Suriyadakı nöqtələri vurmaq üçün Həmədan aviabazasından istifadə edə bilər".

Bu sözləri İran Xarici İşlər nazirinin müşaviri Hüseyn Şeyxülislam deyib.

“Əgər Rusiyanın buna ehtiyacı olarsa və razılıq yaranarsa bu ölkənin Hərbi Hava Qüvvələri Suriyada həyata keçirdiyi əməliyyatlara görə Həmədan aviabazasından istifadə edə biləcək. Lakin baza əsgərlərimizin ciddi nəzarətində olacaq”, – İran rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın Müdafiə naziri Hüseyn Dehqan da Həmədan bazasının daim Rusiya üçün açıq olduğunu vurğulamışdı(Axar.az).