XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 01:26

Türkiyədə şagird yataqxanasında yanğın:12 uşaq ölüb, 22 nəfər xəsarət alıb

yangin

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda özəl məktəbə məxsus şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-i qız olmaqla, 12 nəfər ölüb.

Öənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.  

Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

Adana valisi Mahmut Dəmirtaşın sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub.   (APA)