XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2016 - 09:00

Co Bayden və Məsud Bərzaniarasında telefon danışığı:İŞİD-ə qarşı mübarizə müzakirə edilib

co-bayden

ABŞ vitse-prezidenti Co Bayden və İraq Kürdüstanı müxtariyyətinin lideri Məsud Bərzani arasında baş tutmuş telefon danığı zamanı İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi kampaniya müzakirə edilib.  

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Liderlər İraqının suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirərək, İraqda bütün hərbi əməliyyatların rəsmi Bağdadın icazəsi ilə həyata keçirilməsinin vacibliyini qeyd ediblər”, – deyə məlumatda bildirilir.  

Bayden İŞİD-lə mübarizədə kürd silahlı dəstələrin uğurlu əməliyyatlarını qeyd edib və Şimali İraqda terrorçular üzərində qələbə üçün bu əməliyyatların rəsmi Bağdadla əlaqələndirilməsinin vacibliyini vurğulayıb.  (APA)