XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 14:41

Metroda qatarda nasazlıq:sərnişinlər boşaldılıb

"Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb: "30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər "Nəsimi" stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur".