XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 15:10

Hesablama Palatasının sədri:“Bu, bəzi dövlət qurumları üçün əlavə gəlir mənbəyi deməkdir”

hesablama

“Bəzi dövlət qurumlarının publik hüquqi şəxs olması onlar üçün əlavə gəlir mənbəyi deməkdir.

Bu fikri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı əsasında 9 publik hüquqi şəxs yaradılması təmin ediləcək. Bu isə həmin təşkilatların əlavə maliyyə mənbəyi, əlavə gəlir əldə etməsi, eyni zamanda, dövlət büdcəsinin yükünün azaldılması deməkdir.