XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2016 - 16:02

Xızı-Altıağac avtomobil yolundatorpaq sürüşməsi olub

Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi baş verib. Ötən həftədən müşahidə olunan sürüşmə aktivləşərək 11 yaşayış məntəqəsini birləşdirən yola ciddi ziyan vurub.

Xızı rayon icra hakimiyyətinin başçısının Altıağac qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Həmidov Azərtac-a bildirib ki, sürüşmə nəticəsinə yolun bir neçə hissəsində ümumilikdə bir kilometrədək məsafədə çökmələr baş verib, asvalt qatı dağlıb. Torpaq sürüşməsindən sonra Xızı-Altıağac yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılsa da, qısa müddətdən sonra bərpa olunub.

Torpaq sürüşməsi baş verən əraziyə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və digər əlaqədar qurumların mütəxəssisləri cəlb olunub. Ərazidə sürüşmənin aktiv fazada olduğu müəyyənləşib.

Hazırda yolun sürüşmədən zərər çəkmiş hissələri ağır texnikaların köməyi ilə bərpa edilir.