XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:14

“Lufthansa”nın Bakı reysləri niyə təxirə salınıb?- Səbəb açıqlandı

Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.

Bu barədə Trend-ə "Lufthansa"nın Bakı ofisindən məlumat verilib. Məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.

Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, tətil səbəbindən "Lufthansa"nın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.

Qeyd edək ki, tətil edən pilotlar əməkhaqlarının 22 faiz artırılmasını tələb edirlər.