Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanını “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2.1-ci bənddə “7.7-ci maddəsində” sözləri “7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində” sözləri ilə əvəz edilsin, “21.7-ci,” sözlərindən sonra “21-1.4-cü,” sözləri əlavə edilsin.
2.1-ci bənddə “7.7-ci maddəsində” sözləri “7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində” sözləri ilə əvəz edilsin, “21.7-ci,” sözlərindən sonra “21-1.4-cü,” sözləri əlavə edilsin.
2. 2.2-ci bəndə “13.7-ci” sözlərindən əvvəl “7-1.5-ci, 9.3-cü,” sözləri əlavə edilsin.
3. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. həmin Qanunun 7-1.6-cı maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir”.