XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 20:22

KİV:"OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək"

opec

OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirməyi planlaşdırır.

Bu barədə Bloomberg agentliyinə məlumatlı mənbə bildirib.

Görüşün Qətərin paytaxtı Dohada baş tutacağı qeyd olunur. Qeyd edək ki, OPEC-ə üzv olmayan ölkələrlə görüş noyabrın 30-a təyin edilmiş, sonra isə ləğv edilmişdi.

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.  (APA)