XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 20:51

Dünyanın tanınmış fizikləriBakıda toplaşacaq

Bu il dekabrın 5-dən 9-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA-nın rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.

AMEA-dan Azərtac-a bildirilib ki, konfransda 50-dək yerli və xarici alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.

Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Koreya Respublikası, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.