XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 00:37

Avropanın xəritəsi dəyişir –İki dövlət razılaşdı

avropa

Belçika və Hollandiya sərhədlərin yenidən müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlib.

Problem Maas çayının yatağının dəyişdirilməsi nəticəsində yaranıb.

Məlumata görə, ölkələr arasındakı müəyyən bölgələrdə sərhəd xətti yenidən çəkilib. Lakin olayın maraqlı tərəfi dəyişdirilən torpaq sahələrinin eyni böyüklükdə olmamasıdır.

Belə ki, 16 hektarlıq ərazi verən Belçika əvəzində Hollandiyadan 3 hektar alacaq.

Qeyd edək ki, 1830-cu ildə müstəqilliyinə qovuşan Belçikanın Hollandiya ilə sərhədlərini yalnız bir çay ayırır.

Axar.az