XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2016 - 02:01

Yaponiya XİN rəhbəri Rusiyaya səfər edəcək –Sülh sazişinin bağlanması ilə bağlı

yapon

Yaponiyanın xarici işlər naziri Fumio Kisida Rusiyaya səfər edəcək.

Dekabrın 1-də başlayan səfər üç gün davam edəcək.

Yaponiya XİN rəhbəri Vladimir Putinin Yaponiyaya səfəri ərəfəsində Rusiyada bir sıra görüşlər keçirəcək. Dekabrın 3-də Fumio Kisida Rusiya xarici işlər naziri Sergey  Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

“Kiodo” agentliyinin məlumatına görə, dekabrın 2-də Yaponiya XİN rəhbərinin Sankt-Peterburqda Vladimir Putinlə görüşü gözlənilir.  (Report)