XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 10:34

Rusiyanın patriarxı Kirill Bakı konfrasına müraciət etdi:"Birlikdə yaşadığımız SSRİ dağıldı... Qarabağ yarası hələ də qanayır”

 kiril

Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır".

 Bu sözlər Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Müraciəti Rus Pravoslav Kilsəsinin Mahaçqala və Qroznı Yeparxiyasının yepiskopu Varlaam oxuyub.

 Kirill müraciətində bildirib ki, Rusiyada insanlar milli kimliyinə görə ayrılmır və onlar ruslarla eyni hüquqa malikdir: "Biz Azərbaycanda da bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində bir-biri ilə mehriban yaşadığınız şahidi oluruq. Son 10 ildə xalqlarımızın taleyində çox hadisə baş verdi, çətin günlər yaşadıq. Birlikdə yaşadığımız Sovet İttifaqı dağıldı. Bəzi hallarda bu proses sakit və sülh şəraitində keçmədi və bilirik ki, Dağlıq Qarabağ yarası hələ də qanayır. Siz dini lider kimi münaqişənin Sülh yolu ilə həllinə çağırırsınız. Bu çox yaxşı və asan olmayan missiyadır. Sizin sülh səylərinizi yüksək qiymətləndiririk.

 Sülh bütün müharibə və davadan vacibdir. Biz həmçinin terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edirik. Bu gün Yaxın Şərq və Afrikada vəziyyət çox pisdir. Xristianlar yaxın şərqdən silinir, baxmayaraq ki, xristianlıq orada yaranıb. Dini liderlər öz səylərini qoymalı və insanların həyatını qorumaq üçün çağırışlar etməlidirlər".