XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 12:42

Allahşükür Paşazadə İrana gedir:“Tehran şəhərində ayətullahlarla görüşəcəyik”

allahsukur

“İki gün sonra İranın Tehran şəhərində ayətullahlar, din və dövlət adamları ilə görüşəcəyik”.

 Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.(APA)

 O bildirib ki, İranda baş tutacaq görüşlər bu gün Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda keçirilmiş konfransın bir növ davamı olacaq.

 QMİ sədri qeyd edib ki, son vaxtlar Rusiya, İran və Azərbaycanın dövlət rəhbərləri arasında görüşlər keçirilir: “Din xadimləri də bu üç dövlət arasında gələcək qonşuluq və dostluq münasibətlərinə öz töhfələrini verəcəklər”