XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 12:54

Ölkənin 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var –Komitə sədri

arif-rehim

Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var.

Bunu Milli Məclsin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. Komitə sədri qeyd edib ki, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: “Çünki onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb”.

İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb bir iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında” qanunla həll olunur.