XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 Mart 2015 - 13:44

“Təmiz Dünya”nın sığınacağı bağlana bilər

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evi bağlanmaq təhlükəsi ilə üzləşib.

Strateq.az bildirir ki, bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sığınacaq evini saxlamaq maliyyə problemi ucbatından artıq qeyri-mümkün işə çevrilir: “Kritik durumdayıq. Sığınacaq evi heç yerdən maliyyələşmir. Əməkdaşlarımıza 4 aydır ki, məvacib ödəyə bilmirik. Sığınacaq evində məskunlaşan qadınlara gündəlik yemək verməklə yanaşı həm də psixoloji reabilitasiya proqramları həyata keçirirdik. Onlara pulsuz hüquqi yardım göstərilirdi. Yəni sığınacaqda qalan qadınlara pulsuz yardımlar edilirdi”.

M.Zeynalova onu da qeyd etdi ki, indiyədək ailə zorakılığı ilə üzləşən, problemli ailələrdən olan minlərlə qadına yardım edilib. Bu il ərzində 7 qadın sığınacaqda məskunlaşıb. Onların arasında xarici ölkə vətəndaşları da olub: “Qadınların bəziləri uşaqları ilə birgə qalıblar. İndi isə ehtiyacı olan qadınlara baxmaqda çətinlik çəkirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriliyi təcrübəsi, bazası olan sığınacaq evlərinin saxlanılmasını nəzərə almalı, müsabiqələr elan etməlidir. üstəlik, layihələr maliyyələşərkən qadınların reabilitasiyası nəzərə alınmalıdır”.

M.Zeynalova təşkilata gün ərzində yeni müraciətlərin daxil olduğunu, lakin qadınlara yardım göstərməkdə çətinlik çəkdiklərini də əlavə etdi.