XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 16:16

Bakı Ali Neft Məktəbi “Bilik sərgisi”ndə təmsil olundu

xalik-3

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İkinci Bilik Sərgisi”ndə iştirak ediblər.

Kompleksin 7-10-cu sinif şagirdlərinin  35-dən çox müxtəlif mövzuda hazırladıqları layihələrə  Bakı Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universiteti, AMEA Botanika İnstitutu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və Alma store şirkətləri də öz stendləri ilə dəstək olublar. Bu sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.

Sərginin açılış mərasimində iştirak edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şagirdləri və müəllimləri  təbrik edib, Beynəlxalq məktəb olaraq belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışıb. Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Daha sonra  qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış olublar.

 “Bilik sərgisi”  münsiflər heyəti tərəfindən seçilən şagirdlərin  sertifikat, medal və hədiyyələrlə mükafatladırılması mərasimindən  sonra   konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.

xalik-4