XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 16:25

Rüfət Səfərovun apellyasiyaşikayəti qəbul edilib

r

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, prosesdə R. Səfərov çıxış edib. O, özünü təqsirli bilmədiyini deyib.

İclas dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.