XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 11:17

IX sinif şagirdlərinin buraxılış imtahanında yenilik –DİM-dən açıqlama

tqdk

Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə onlayn sınaq imtahanında da iştirak edə biləcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bildirilib ki, IX sinif üzrə buraxılış imtahanının yeni modeli, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilib.

Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri "Abituriyent" jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə dekabrın sonlarında çap ediləcək.

Xatırladaq ki, buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində bütün təhsil ictimaiyyətinin iştirakı ilə DİM əməkdaşları və fənn ekspertləri tərəfindən seminarlar keçirilir. 22 oktyabrda Gəncədə, 29 oktyabrda Şirvanda, 6 noyabrda Şəkidə, 12 noyabrda Naxçıvanda, 19 noyabrda Lənkəranda, 27 noyabrda isə Ağcabədidə artıq seminarlar keçirilib.

APA