XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2016 - 12:29

Şuranın dəstəyilə Qubada yeniyetmələr arasında maarifləndirmə işləri aparılır

faiq-16-1

Qubada “Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası davam edir.

qhtxeber.az-ın məlumatına görə, layihə “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Layihə çərçivəsində keçirilən növbəti tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin məqsədi və donoru haqqında məlumat verib. V. Həsənov qeyd edib ki, layihə regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq məqsədi ilə icra olunur.

Layihənin eksperti yeniyetmə və gənclərimizə vətənpərvərlik və vətəndaşlıq hissinin aşılanmasının, maarifləndirmə vasitəsilə onların dini radikalizmlə mübarizədə aktiv olmalarının vacibliyindən danışıb. Ekspert dövlətimizin islami dəyərlərin qorunması istiqamətində gördüyü işlər haqqında məlumat verib.

Qeyd edək ki, iştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.