XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 13:23

Alman səfiri Gəncəyə gedib:Kəlbəcər qaçqınlarına futbol topu bağışlayıb

alman-gence

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Gəncədə olub.

Bu ölkənin Azərbaycandakı səfirliyindən Strateq.az saytına verilən məlumata görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış və qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub.

Səfir Kindsqrab Gəncə şəhərinin İcra başçısı Elmar Vəliyev ilə görüşərək  şəhərdəki iqtisadi və siyasi proseslər haqqında müzakirə aparıblar. Səfir  “Gəncə şərab” və avtomobil zavodlarına baş çəkib, orada onu zavodların vəziyyəti və gələcək planları ilə tanış ediblər. Daha sonra  M.Kindsqrab 2013-cü ilin sonunda istifadəyə verilmiş, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgədə də olub. Səfir düşərgədə olan məktəbin şagirdlərinə Almaniya futbol federasiyasından olan futbol toplarını hədiyyə edib.

Strateq.az