XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 18:01

Nümayəndəlik:"Acınacaqlı haldır"

osce

"Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının, o cümədən Fransa, Almaniya, Bolqarıstan, Litva, Niderland, Çexiya, Polşa, İtaliya, Böyük Britaniya və Lüksemburqdan olan jurnalistlərin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etmələri acınacaqlı haldır".

Bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin ATƏT-in Daimi Şurasının iclasına müraciətində bildirilir.

Müraciətdə qeyd olunur ki, onların hamısının Azərbaycana girişi qadağan olunub.

"Biz xəbərdarlıq edirik ki, həmin şəxslər inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, məhkəmə icraatı ilə üzləşə bilərlər. Dövlətlər vətəndaşların, o cümlədən jurnalistlərin ərazi bütövlüyü və suverenlik kimi prinsipləri pozmağa yönəlmiş fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər görməklə, beynəlxalq norma və prinsiplərə əməl etməyə məcburdur", – deyə müraciətdə vurğulanır.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (APA)