XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 18:18

Avropa Birliyi liderləri Türkiyə ilə münasibətləri pisləşdirməyəcəklər” –Türkiyə Baş nazirinin müavini

Numan

"Avropa Birliyi liderləri Türkiyə ilə münasibətləri pisləşdirməyəcəklər".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. Ankaranın hər zaman götürdüyü öhdəliklərə sadiq qaldığını deyən Qurtulmuş problemləri Avropa Birliyinin yaratdığını söyləyib:

“AB hər zaman Türkiyəyə qarşı siyasətində ikili standartlardan istifadə edib. Biz miqrant razılaşması ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirmişik”.

Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dondurulması haqqında qərar qəbul edib.

Axar.az