XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 21:09

Lerikdə güclü külək –50 kəndi işıqsız qaldı 

kulek-hava

Lerik rayonunda güclü külək əsib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın  aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb. 

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.