XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2015 - 19:06

Ölən erməni əsgərlərinin birinin də adı açıqlandı

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin işğaldakı Qarabağ torpaqlarında 20 erməni əsgərinin ölməsi barədəki sensasion bəyanatını təkzib etməyə çalışsa da, ölən erməni əsgərlərinin adları da açıqlanmaqda davam edir.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni tərəfi həlak olan hərbçilərin daha birinin adını bu gün açıqlayıb. Bu, 1992-ci il təvəllüdlü hərbçi Ayk Taronoviç Markaryandır.

Erməni KİV-ləri işğalçı rejimin “müdafiə nazirliyi”ndəki mənbələrə istinadən xəbər verir ki, əsgər qəfildən ölüb. Guya ürək tutmasından keçinib.

Halbuki əsgər Markaryanın xidmət etdiyi hərbi hissə Qarabağ cəbhəsinin şimal-şərq istiqamətində dislokasiya olunub. Azərbaycan xüsusi təyinatlıları bir neçə gün öncə məhz həmin ərazilərdə uğurlu əməliyyat keçirmişdi.