XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 10:18

Kremlə bəd xəbər:Hərbi əməkdaşlıq məsələlərinə maliyyə vasitələri ayrılması qadağan olunub

usa-konqres

ABŞ Nümayəndələr Palatası 2017-ci ilin hərbi büdcə layihəsini qəbul edib.

Yeni büdcə layihəsində ABŞ və Rusiya hökumətləri arasındakı hərbi əməkdaşlıq məsələlərinə maliyyə vasitələri ayrılması qadağan olunub. Konqres bu qadağanın Rusiyanın Ukrayna və NATO ölkələrinə qarşı aqressiyası dayanmayana qədər davam edəcəyini bəyan edib. Üstəlik, yeni sənəddə Krımda hər hansı fəaliyyət üçün də maliyyə ayrılması qadağan olunub.

Qeyd edək ki, gələn il Amerikanın hərbi xərcləri 587 milyard dollar olacaq. Bunun 3,4 milyard dolları Rusiya aqressiyasının qarşısının alınmasına yönələcək. (Axar.az)