XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 10:42

Baş bankir:"Neft qiymətlərinin artımı Rusiyanın daxili problemlərini həll etməyəcək"

russia-central-bank-2

Dünya neft bazarında qiymətlərin dinamikası Rusiya iqtisadiyyatına təzyiq göstərməyə davam edəcək.

 Bunu Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bildirib.

Baş bankir qeyd edib ki, neft qiymətlərinin dinamikası az diversifikasiya olunmuş Rusiya iqtisadiyyatı üçün ciddi risk mənbəyi olaraq qalacaq. Neft qiymətləri yüksəlsə də, Rusiya iqtisadiyyatındakı problemlər həll olunmayacaq.

E.Nabiullina əlavə edib ki, karbohidrogen ixracı üzərində qurulmuş həyat davam etsə və heç nə dəyişməsə, cüzi iqtisadi artım tempi ilə durğunluq davam edəcək və Rusiyanın inkişaf etmiş ölkələrdən geriləməsi getdikcə artacaq. Struktur dəyişiklikləri olmadan Rusiya iqtisadiyyatı 2%-dən çox artıma nail ola bilməz.

Rusiya Bankının rəhbəri, həmçinin uçot dərəcəsi barədə fikirlərini səsləndirib və qeyd edib ki, faizlərin aşağı salınması 2017-ci ilin ilk yarımilliyindən tez baş verməyəcək. O, izafi optimizmə qapılmağın yolverilməz olduğunu xatırladıb.  (Report)