XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 11:26

“Azəriqaz” limit tətbiq olunmasına aydınlıq gətirib:" Müvəqqəti xarakter daşıyır"

az%c9%99riqaz

"Azəriqaz" İstehsalat Birliyi (İB) "smart" tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev açıqlamasında bunu təsdiqləyib. Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ. Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.

"Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanmış və 200 manat məbləğində limit tətbiq olunub. Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır", – deyə o bildirib.  (APA)