XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 12:09

Dəyişkən buludlu, yağmursuz…- İstirahət gününə olan hava proqnozu

hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Dekabrın 4-də bəzi yerlərdə mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütünundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.