Dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkiləri ilə əlaqədar kütləvi nəqliyyat sərnişinləri ödənişsiz daşıyacaq.
Bu barədə Daşkənd şəhər ictimai nəqliyyat qurumu açılama verib. Bundan əlavə Rusiyada daimi və müvəqqəti yaşayan vətəndaşlar üçün də Moskva və Novosibirsk şəhərlərində səsvermə məntəqələri yaradılıb.
Strateq.az xəvbər verir ki, Özbəkistandakı prezident seçkilərində dörd namizəd iştirak edir: baş naziri Şavkat Mirziyoyev, Sərvər Otamuradov, Nəriman Umarov və Hotamjon Ketmonov.
M.Rzasoy