XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 Mart 2015 - 19:18

Azərbaycanlı siyasətçidən Babəklə bağlı maraqlı təklif

“”Babək” filmi Villiam Vallesdən də böyük bir film ola bilər”.

Bu açıqlama ilə REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli öz Feysbuk səhifəsində çıxış edib.

O, bunun indiki dövrün tələbi olduğunu bildirib:

“”Əli və Nino” filminin çəkilişlərinin başlandığını hamımız bilirik. çox yaxşı başlanğıcdır. ümid edək ki, gözəl bir sənət əsəri olacaq. Məni isə başqa bir bədii iddia düşündürür – “Babək” filmini Hollywood ustalarına çəkdirmək. Pulunu rahat ödəyə bilərdik. Əks olunacaq tarixin miqyasını və coğrafiyasını nəzərə alsaq, Villiam Vallesdən də böyük bir film ola bilər. ABŞ-İran açılımını da nəzərə alsaq, Bəzz qalasında birbaşa çəkilişlərin təşkilini də mümkün etmək olardı. “Babək” filminin yenidən çəkilməsi, ABŞ – İran açılımı, eləcə də Orta Şərqdə baş verən proseslər baxımından Ərəbistan bölgəsindən biz tərəflərə gələn təhlükəli təlimlərə və təsirlərə çox güclü mədəni cavab olardı. Bu cavabın geopolitik konteksti çoxdan yetişib (gecikirik hətta). İran tərəfdən filmin çəkilişlərinə razılıq olmasa, çəkilişləri Naxçıvanda da etmək olar. Bu da alınmasa, ya da məqbul sayılmasa “Hollywood”un əlində olan kompüter texnologiyaları döyüş və başqa səhnələrin vasitəsi ilə filmi “Hollywood”un özündə gerçəkləşdirilməsini mümkün edə bilərik. “Mümkün deyil”, ya da “kimə lazımdır?” deməyin. Mümkündür və bizə də lazımdır. İddia etmək gərəkdir. İmtina cavabları bizi ruhdan salmamalıdır. “Gec-tez alınar” yanaşmasını üstün tutmalıyıq”.