XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 10:46

 Özbəkistanda seçkilər başlayıb –Nəticələr sabah elan olunacaq

ozbak

Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Strateq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılıb, saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq.

Ölkədə rəsmən fəaliyyət göstərən 4 partiya seçkilərdə öz namizədi ilə iştirak edir.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.

Seçkilərdə 21,4 milyon vətəndaşın səs verəcəyi gözlənilir. Seçkinin ilkin nəticələrinin sabah açıqlanacağı gözlənilir.