Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda “Qafqaz İmarəti” qruplaşmasına qarşı anti-terror əməliyyatı keçirib.
Əməliyyat zamanı qruplaşmanın 5 üzvü öldürülüb. Öldürülənlər arasında “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı Rüstəm Aselderov da olub.
Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü ilə nəticələnən terror aktını hazırlamaqda ittiham olunurdu. (Axa.az)