XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2016 - 16:59

Fransız qəzeti:"Fransanın baş naziri istefa verərək prezidentliyə namizəd olacaq"

manuel-vals

Fransanın baş naziri Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.

Bu barədə “Journal du Dimanche” (JDD) qəzeti məlumat yayıb.

M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Qəzet M. Valsın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M. Valsı kimin əvəzləyəcəyi isə hələ məlum deyil.  (APA)