XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 12:30

Cəlilabadda sürücülük vəsiqələrinin dəyişdirilməsi kampaniyası keçirilib

CƏLİLABAD RAYONUNDA SÜRÜCÜLÜK VƏSİQƏLƏRİNİN DƏYİŞDİRİLMƏSİ KAMPANİYASI KEÇİRİLMİŞDİR

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata istinadən bildirir ki, nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Cəlilabad rayonunda davam etdirilib.

Kampaniya respublikanın Cəlilabad bölgəsinin 7 rayonunu (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Biləsuvar) əhatə edib.

Tədbirdə Səyyar Qrup tərəfindən müddəti keçmiş və ya yararsız vəziyyətdə olan – 149 nəfərin sürücülük vəsiqələri dəyişdirilmiş, 1 nəfər isə imtahan verərək yeni sürücülük vəsiqəsi alınıb.

Qeyd edək ki, kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın bütün böyük kənd təsərrüfatları rayonlarında müntəzəm olaraq davam etdiriləcək.

Strateq.az