XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 21:08

Rusiya prezidentindən İranın ali dini rəhbərinə –məktub

putin-4

Rusiya Prezidenti Vladimir Putin İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneiyə məktub göndərib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 5-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Suryadakı vəziyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev məktubu Ayətullah Əli Xameneinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayətiyə təqdim edib.

Məktubun məzmunu haqqında məlumat verməyən B.Qasimi deyib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 5-dən Tehranda səfərdədir. Onun sözlərinə görə, rusiyalı diplomat İranın xarici işlər nazirinin Ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Cabir Ənsari ilə görüşüb. (Report)