XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 23:39

Binali Yıldırım:“Dövlət Duması tərəfindən “Türk axını”nın ratifikasiya ediləcəyini gözləyirik”

Binali

Rəsmi Ankara “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib və hazırda Rusiya Dövlət Dumasından analoji addımın atılmasını gözləyir.

Bunu Moskvaya səfəri ərəfəsində Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

“Bildiyiniz kimi, ötən həftə Türkiyə parlamenti “Türk axını” layihəsinin həyata keçirilməsinə dair sazişi ratifikasiya edib. İndi gözləyirik ki, Duma eyni addımı atsın”, deyə B.Yıldırım bildirib.

Baş nazir Rusiya qazının endirimi ilə bağlı həll olunmamış məsələyə də toxunub: “Bu köhnə mövzudur. Əvvəllər də bununla bağlı müzakirələr aparılıb. Səfər çərçivəsində bu məsələ  Energetika nazirlərinin diqqət mərkəzində olacaq”.

B.Yıldırım qeyd edib ki, Rusiyada aparılan danışıqlarda təyyarə qalmaqalından sonra rəsmi Moskva tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması əsas mövzulardan biri olacaq.

Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə Rusiyaya səfər edəcək. Moskvadan başqa baş nazir Kazana səfər edəcək, Tatarıstan rəhbərliyi ilə  görüşəcək.  (APA)