Rabitə və yüksək texnologiyalar naziri (RYTN) Ramin Quluzadə dekabrın 9-da Neftçalada Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Strateq.az RYTN-ə istinadən bildirir ki, dekabrın 9-u saat 12:00-da Neftçalada keçiriləcək qəbulda iştirak etmək istəyən vətəndaş[email protected] elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:
Neftçala rayonunda 02126 33628
Salyan rayonunda 02125 50615
Biləsuvar rayonunda 02529 51335
Cəlilabad rayonunda 02524 52248
Cəbrayıl rayonunda 02638 43799