XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 12:33

“Azercell”dən müharibə veteranlarına güzəşt –Kampaniya uzadıldı

azercell

"Azercell Telekom" müharibə veteranları olan abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən etibarən təqdim etdiyi xüsusi kampaniyanın müddətini 30 mart 2017-ci il tarixinədək uzadır.

Bu barədə şirkətdən açıqlanan xəbərdə deyilir:

"Şirkətin hər zaman diqqət və qayğı göstərdiyi bu özəl abunəçilər təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq "Azercell"dən hədiyyə alırlar. Azercell tərəfindən hədiyyə olunan bonus  şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər. Onu da bildirək ki, "Azercell Telekom" 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi veteranları üçün xüsusi endirim kampaniyalarını həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq "Azercell"dən 5 milyon 400 min manatdan artıq həcmdə bonus əldə etmişdir".