XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 12:47

Sabah hava necə olacaq? –Proqnoz

hava

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istiandən xəbər verir ki, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz  4-7° isti, Bakıda gecə 0-2° şaxta, gündüz  4-6° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, olacağı gözlənilir.