XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2016 - 19:07

Türkiyə və Rusiya prezidentlərinin görüş vaxtıaçıqlanıb

erdogan-vs-putin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü 2017-ci ilin birinci yarısına planlaşdırılıb.

Bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bildirib.

“Biz gələcək fəaliyyətimiz, layihələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsində, eləcə də Ali Əməkdaşlıq Şurasının iclası üçün vacib sənədlərin hazırlanmasında razılığa gəldik. Prezidentlər səviyyəsində keçirilən Şuranın iclası isə gələn ilin birinci yarısına planlaşdırılır”, – deyə o vurğulayıb.  (Report)