XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 20:03

Polis Akademiyasının nizamnaməsində dəyişiklik –Fərman

din-1

Prezident İlham Əliyev bu gün daha bir fərman verib.

Strateq.az xəbər verir ki, Fərmana əsasən, ""Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib: 

""Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 472; 2008, № 3, maddə 171; 2010, № 12, maddə 1067; 2013, № 5, maddə 521) 4-cü hissəsinə "təyin olunma” sözlərindən sonra "Polis Akademiyasının rəisinə münasibətdə Azərbaycan Respublikası daxili işlər nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər vəzifələrə münasibətdə” sözləri əlavə edilsin.